Dünya üzrə mənzilər ən çox Türkiyədə bahalaşıb – Araşdırma
Beynəlxalq daşınmaz əmlak məsləhət şirkəti olan “Knight Frank” 2023-cü ilin birinci rübündə mənzil qiymətlərinin ən çox artdığı ölkələrin adlarını açıqlayıb.
Sfera.az xəbər verir ki, 56 ölkəni əhatə edən araşdırmaya görə ən yüksək qiymət artımı Türkiyədə qeydə alınıb. Qiymət artımlarının sürətinə görə Ankara, İzmir və İstanbul ilk yerləri tutur.
“Knight Frank”ın araşdırmasının nəticələrinə görə, Türkiyədə bir il ərzində daşınmaz əmlak qiymətləri 132,8 faiz artıb. Yalnız 2023-cü ilin ilk rübündə qiymətlər 22,2 faiz yüksəlib.
Mənzil qiymətlərinin ən çox artdığı 10 ölkədə illik bahalaşma 11,3-18,8 faizlə məhdudlaşıb. Türkiyədəki qiymət artımı bundan bir neçə dəfə yüksəkdir.
Türkiyədən sonra mənzil qiymətlərinin ən çox artdığı ikinci ölkə 18,8 faizlə Şimali Makedoniya olub. Makedoniyanı 17,3 faizlə Xorvatiya, 16,6 faizlə Macarıstan izləyib.
Dünyada mənzil qiymətlərinin ən çox düşdüyü ölkə isə 15,7 faizlə Cənubi Koreya olub. Yeni Zelandiyada 13 faiz, Honq Konqda 10,3 ucuzlaşma qeydə alınıb.
Vasif