“Ukrayna “F-16”lardan yazda istifadə edə biləcək” – Müdafiə naziri
Ukrayna “F-16” qırıcılarından istifadəyə 2024-cü ilin yazında başlaya bilər.
Sfera.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu haqda Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Almaniyanın “Bild” qəzetinə müsahibəsində danışıb.
O söyləyib ki, təlim və infrastruktur hazırlığı üçün müəyyən vaxta ehtiyac var:
“Deyərdim ki, “F-16”ların cəbhədə görünməsi gələn ilin yazında baş verə bilər, çünki pilotlarımızın, mühəndislərimizin və texniklərimizin təlimi üçün vaxta ehtiyac var”.
Reznikov yalnız infrastrukturu hazırlamaq üçün ən azı altı ay, bəlkə də bir az daha çox vaxt lazım olduğunu vurğulayıb.
Nazir əmindir ki, “F-16”ların cəbhədə görünməsi müharibədə "oyun qaydalarını dəyişəcək":
“Biz Rusiyanın səmada, döyüş meydanından kənarda hökmranlığına son verməliyik. “F-16” təyyarələri hava hücumundan müdafiə sisteminin bir hissəsi olacaq. Biz hava məkanını, şəhərlərimizi qorumaq üçün səmada öz imkanlarımızı gücləndirə bilərik. Bizim üçün bu, böyük bir irəliləyiş olacaq”.
Vasif