Azərbaycanda işçilərin 74 faizi orta əməkhaqqından az maaş alır – Rəsmi
Azərbaycanda işləyənlərin böyük hissəsi orta əməkhaqqı məbləğindən az maaş alır.
Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, 2022-ci ilin sonunda orta əməkhaqqından az maaş alanlar bütün işçilərin təxminən 74 faizini, yəni 1,28 milyondan çoxunu təşkil edib.
Məlumatlardan görünür ki, 2022-ci ilin dekabrın 1-də 1,73 milyon insan maaş alıb və onların ortaaylıq əməkhaqqı 830 manat olub. Həmin tarixdə işləyənlərin 10,7 faizi minimum maaş (ötən ilin sonunda 300 manat olub – red.) qədərində, 14,8 faizi 301-350 manat, 23,8 faizi 351-500 manat, 10 faizi 501-600 manat, 14 faizə yaxını 601-800 manat məbləğində əməkhaqqı alıb.
Orta əməkhaqqından yüksək maaş alanlar cəmi əməkhaqqı alanların 26 faizini təşkil edib.
Ölkəmizdə 1000 manatdan yuxarı maaş alanların sayı 329 min nəfər olub. Onların 157,4 min nəfəri 1500 manatdan, 116 min nəfəri 1700 manatdam artıq əməkhaqqı alıb.
Vasif