“Rusiya üzərindəki qələbəmiz bu dövlətlərin ərazi bütövlüyünün bərpasına səbəb olacaq” - Zelenski
Dünya
10:43 / 28.08.2023
5319
“Ukraynanın Rusiya üzərindəki qələbəsi Moldova və Gürcüstanın problemlərinə son qoyacaq, onların ərazi bütövlüyünün siyasi cəhətdən bərpasına şərait yaradacaq”.
Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalist Natalya Moseyçuka müsahibəsində deyib.
“Məncə, Ukraynanın qələbəsi bütün bunlara son qoyacaq. Söhbət Belarus, Moldova və Gürcüstandan gedir. Ukraynanın qələbəsi bu dövlətlərin bütövlüyünü bərpa etmək üçün siyasi həll yolunu tapmağa imkan verəcək”, - deyə o bildirib.
Bundan əvvəl Moldova Prezidenti Maya Sandu bəyan etmişdi ki, Ukraynanın qələbəsi Dnestryanı dinc yolla Kişinyovun nəzarətinə qaytarılması üçün geosiyasi şərait yaradacaq.
Əzizə