“Qarabağ”dan heç-heçə - Azərbaycan Premyer Liqası

“Qarabağ”dan heç-heçə - Azərbaycan Premyer Liqası

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Premyer Liqasında 4-cü tur başa çatıb.

 

Sfera.az xəbər verir ki, günün ilk görüşü "Neftçi Arena"da keçirilib.

 

Yerli komanda "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.  

 

Turun son görüşü isə "Qarabağ" və "Kəpəz" arasında baş tutub. "Azərsun Arena"dakı matçda qalib müəyyənləşməyib. Matç heç-heçə yekunlaşıb.

 

Azərbaycan Premyer Liqası


IV tur

 

27 avqust

 

"Neftçi" - "Qəbələ" 2:0 

 

"Qarabağ" - "Kəpəz" 1:1 

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Səbail” "Turan Tovuz”a 3:1, "Zirə” "Sabah”a 1:0 hesabı ilə qalib gəlib. "Araz-Naxçıvan”la "Sumqayıt” isə heç-heçə (1:1) ediblər.


OXŞAR XƏBƏRLƏR