Şuşada məscidə gedən Elnarə tənqid olundu: Burnunda pirsinq, rəngli manikür... - Video

Şuşada məscidə gedən Elnarə tənqid olundu: Burnunda pirsinq, rəngli manikür... - Video

Müğənni Elnarə Xəlilova Şuşadakı Yuxarı Gövhərağa məscidini ziyarət edib.

 

Sfera.az xəbər verir ki, sənətçi məsciddə dua edərkən göz yaşı axıdıb. 

 

O, həmin görüntüləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək  "Allah şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizə can sağlığı versin. Bu günləri bizə göstərdiyin üçün çox şükür" -, deyə şərh yazıb.

 

E.Xəlilovanın bu paylaşımı isə başına bəla olub. Belə ki, bəzi sosial şəbəkə istifadəçiləri onu rəngli manikürünə, burnundakı pirsinqə, başına bağladığı yaylığa görə tənqid atəşinə tutublar. 

 

Müğənni isə ünvanına yazılan heç bir tənqidi rəyi cavabsız qoymayıb:

 

“Sizi qınamıram, beyninizdəki manikürdür. O boyda videoda gözünüzə girən manikür oldu?! Dırnağı nə etməli idim, Şuşada salon tapıb dırnaq gelini çıxartdırmalı idim? Sizin başınız, beyniniz harada pozuldu? Orada dırnaq və pirsinqdən başqa gözünüz ağrını-acını görmədi? Nə ara bu qədər azğınlaşdınız?”

 

Həmin görüntüləri təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...