Mbappenin gələcəyi ilə bağlı AÇIQLAMA

Mbappenin gələcəyi ilə bağlı AÇIQLAMA

PSJ qapıçısı Canluici Donnarumma komanda yoldaşı Kilian Mbappenin klubdakı gələcəyi haqda danışıb.

 

Sfera.az "RMC Sport"a istinadən xəbər verir ki, o, Fransa Liqa 1-in 3-cü turunda "Lans"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib: “Kilian ilə oynamaq fantastikdir. O, PSJ-də qalacaq? Bəli, bəli, əlbəttə ki (gülür)".

 

Qeyd edək ki, Mbappe "Lans"la matçda dubla imza atıb.

 

Xatırladaq ki, fransalı hücumçunun Paris təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.


OXŞAR XƏBƏRLƏR