Sabahın hava proqnozu AÇIQLANDI
Sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən xəbərə görə, avqustun 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.
Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 16-21 dərəcə isti olacaq.