Nazirlikdən əhaliyə saatla bağlı müraciət: \"Xətanı aradan qaldırmaq üçün...\"

Nazirlikdən əhaliyə saatla bağlı müraciət: \
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi standart vaxt zonasına keçidlə bağlı tövsiyyələri təqdim edir.

Nazirlikdən Sfera.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin "Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarına əsasən, hər il mart ayının son bazar günü yay vaxtına, oktyabr ayının son bazar günü isə standart vaxt zonasına keçirilirdi və müvafiq olaraq saat əqrəbləri bir saat irəli və geri çəkilirdi.

Nazirlər Kabinetinin 17 mart 2016-cı il tarixli 131 nömrəli qərarı ilə yuxarıda qeyd edilən qərar ləğv edilmış və müvafiq olaraq 27 mart tarixində ölkə ərazisində yay vaxtına keçid baş verməmişdi. Bu səbəbdən oktyabrın son bazar günü, yəni ayın 30-da saatların 1 saat geri çəkilməsinə ehtiyac qalmayıb.

Lakin təəssüflər olsun ki, görülmüş işlərə baxmayaraq bəzi mobil qurğularında bu gecə saatlar avtomatik olaraq 1 saat geri çəkilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, buna həmin cihazlarda müvafiq proqram yenilənmələrinin quraşdırılmaması və istifadəçinin telefonunun tənzimləmə parametrlərində "Vaxtın şəbəkədən avtomatik təyin edilməsi" və "Vaxt zonasının avtomatik təyin edilməsi" imkanlarını seçilməməsi səbəb olub.
Hazırda bu göstəriciləri seçməklə baş vermiş xətanı aradan qaldırmaq mümkündür.

Əgər hər hansı kompüter sistemlərində də belə hallar aşkarlanarsa, vaxtın təyin edilməsi panelindən "avtomatik vaxt zonasının seçilməsi" imkanını aktivləşdirmək lazımdır.

Bildirik ki, rabitə və kompüter sistemlərinin fəaliyyətində heç bir xəta baş verməyib, sistemlər normal çalışır və Azərbaycanın standart vaxt zonası GMT+4 olaraq göstərilir.

İstifadəçilərdən yuxarıda qeyd olunan tövsiyyələri nəzərə almaları xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin nümayəndələri ilə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şimali və Baltikyanı ölkələri...

Sahibə Qafarova TBMM-in sədrini təbrik etdi

​​​​​​Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa yenidən TBMM sədri vəzifəsinə seçilməsi münasibəti ilə ...

Hindistanda stadionda yaşanmış izdiham nəticəsində 10-dan çox insan öldü

Hindistanın cənubundakı Banqalor şəhərində stadionda yaşanmış izdiham nəticəsində azı 11 nəfər ölüb, onlarla insan yaralanıb.   Sfera.az xəbər verir ...

Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ

ATM-lərdə yerləşdirilən gizli qurğular – skimmerlər bank kartınızın məlumatlarını oxuya, gizli kamera və ya saxta klaviatura isə PIN kodunuzu ələ keçirə b...

Daha bir tiktoker azadlığa buraxıldı

Ötən ilin dekabrında həbs edilən tiktoker Elvin Abdullazadə azadlığa buraxılıb.   Sfera.az istinadən xəbər verir ki, onun vəkili Pəhlivan Aslanov tik...

Ledi Qaqa Ginnesin Rekordlar Kitabına düşdü -Madonnanı qabaqladı

Ledi Qaqa Braziliyanın Rio-de-Janeyro şəhərində konsert verib. O, qadın musiqiçilər arasında tamaşaçı sayına görə rekorda imza atıb.   Bu barədə Ginn...