Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? - İlginc faktlar

Pəhriz adı ilə satılan çörəklərin saxlanma müddəti nə qədər olmalıdır? - İlginc faktlar

Marketlərin çörək rəfində olan problemlər bitib-tükənmək bilmir. İnsanlar çörəklərin üstüaçıq şəkildə satılmasının gigiyenik cəhətdən düzgün olmadığını dəfələrlə dilə gətirsələr də, bununla bağlı heç bir tədbir görülmür.

 

Son dönəmlər isə şikayətçilər diyetik, yəni əsasən, qara çörəklərin günlərlə rəfdə qaldığını, nəticədə isə qəribə dad verdiyini və keyfiyyətsiz olduğunu bildirirlər.

 

Pəhriz adı ilə satılan qara çörəklərin keyfiyyətinə nəzarət niyə yoxdur?

 

Qida üzrə ekspert, restorator Məmməd Əhmədov Bizim.media-ya açıqlamasında bildirib ki, çox zaman məhsulun tərkibi alıcının istəyinə uyğun olmur, yaxud diyetik adı ilə saxta görünüşlü məhsul satılır.

 

“Bu məsələdə öncə istehlakçı özü maraqlı olmalıdır. Aldığı çörəyin keyfiyyətinə, buraxılış tarixinə, saxlanma müddətinə və tərkibinə baxmalıdır. Belə ki, diyetik adlandırdığımız çörək sırf kəpəkli çovdar unundan olmalıdır. Burada, həmçinin, karbohidrat və zülalların tərkib dərəcələrinə fikir verilməlidir”.

 

Keyfiyyətsiz və vaxtı keçmiş çörəklərə görə zəhərlənmə, yaxud şikayət olarsa, mağaza rəhbərliyi buna cavabdehdir.

 

“Bununla bilavasitə mağaza, market rəhbərliyi məşğul olmalıdır. Onlar məhsullar üzərindəki istehlaka yararlılıq tarixinin mütəmadi yoxlanılmasına nəzarət etməlidirlər”.

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, çörəyin saxlanma müddəti 72 saatdır.

 

“Tez sıradan çıxan çörəyin içərisində yapışqan parçalar əmələ gəlir, buna kartof xəstəliyi deyilir. Bu o deməkdir ki, dəyirman, avadanlıq və yaxud un artıq göbələklərlə xəstələnib. Bu cür çörək insanda ciddi mədə-bağırsaq xəstəliyi əmələ gətirə bilər. Vaxtilə Azərbaycana Almaniyadan xəmir gəlirdi və “alman çörəyi” adı altında satışa çıxarılırdı. Bu çörəklərə bir il zəmanət təyin edilirdi. Biz onu dəyişdirməyə, bazardan çıxarmağa nail olduq, hazırda elə çörəklər, demək olar ki, yoxdur”.

 

Sonda ekspert qeyd edib ki, istənilən mağazada yararlılıq müddəti keçən çörək aşkar olunarsa, onların rəhbərliyini 100-1 500 manat civarında cərimə gözləyir.

 

“Ona görə də istehlakçılar diqqətli olmalıdırlar. Belə halla rastlaşdıqları zaman “195” və yaxud “1003” Qida Təhlükəsizliyi Agentliyinin qaynar xəttinə məlumat vermələrini tövsiyə edirəm”.


OXŞAR XƏBƏRLƏR

İtaliyada 6 avroya 6 ev aldı: Nə etməyi planlaşdırır? - FOTOLAR

ABŞ-ın San-Fransisko şəhərindən olan 51 yaşlı planlaşdırma üzrə məsləhətçi Rubiya Daniels İtaliyanın mənzərəli Mussomeli şəhərində altı tərk edilmiş evin hər bi...

Qədim sivilizasiyaların sirləri: Əsrarəngiz Himalay qüllələrini kim və nə üçün tikib?

Çinin cənub-qərbindəki təcrid olunmuş dağlıq ərazilərdə daş qüllələr əsrlər boyu dayanıb, qeyri-adi dizaynı və naməlum mənşəyi ilə alimləri çaşdırır. Hündürlüyü...

Pərviz İbadullayevə SOCAR-da yüksək VƏZİFƏ VERİLDİ

Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.   Sfera.az-ın məlumatına görə, Pərviz Ramiz oğlu İbadullayev 2025-ci il mayın 2-dən etiba...

"Avroviziya" təmsilçilərimizin səhnə şousu belə olacaq -VİDEO

Xəbər verdiyimiz kimi, "Avroviziya 2025"də ölkəmizi təmsil edəcək "Mamagama" qrupu yarışmanın keçiriləcəyi məkanda növbəti məşqini...

Prezident Qələbə Günü ilə bağlı paylaşım etdi- FOTO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında 9 May – Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib.   Sfera.az paylaş...

Azərbaycanda Qələbə Günü qeyd olunur

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 80 il keçir.   Sfera.az xəbər verir ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı ki...