Baydenin impiçmentinə çağırış edilib - Konqres toplanan kimi...
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Markori Teylor Grin Ukraynanın keçmiş baş prokuroru Viktor Şokinin Ağ Ev rəhbərinin korrupsiyada əli olması barədə bəyanatlarından sonra ABŞ Prezidenti Co Baydenin impiçmentinə çağırıb.
Sfera.az xəbət verir ki, bu barədə o, "X" sosial şəbəkəsində (keçmiş Tvitter) yazıb.
"Biz impiçment sorğusunu Konqres sentyabrda toplanan kimi təsdiq etməliyik", - konqresmen deyib. İmpiçment prosesinə başlamaq üçün Nümayəndələr Palatası araşdırmanın başlanmasını təsdiqləməlidir. Bundan əvvəl Şokin "Fox News" telekanalına müsahibəsində Baydeni korrupsiyada ittiham edib.
Onun sözlərinə görə, vəzifəsindən azad edilməsi “sifarişli” olub və ABŞ administrasiyasının təzyiqi ilə baş verdiyi üçün vəzifəsini itirib. Ukraynanın keçmiş baş prokuroru Baydenin onun “işdən çıxarılması üçün 1 milyard dollar verdiyini” iddia edir.
İnci