Buzovnada piyada qadını avtomobil vurdu

Cəmiyyət
13:25 / 26.08.2023
7056
Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sfera.az-a verilən məlumata görə, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Paytaxt sakini G.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini V.Hacıyevanı vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.