Füzulidə ƏMƏLİYYAT: 50 minlik oğurluq edənlər və iranlı tutuldu

Füzulidə ƏMƏLİYYAT: 50 minlik oğurluq edənlər və iranlı tutuldu

Füzulidə oğurluq əməlləri törətməkdə və narkotik vasitələrin qanunsuz dövriyyəində şübhəli bilinən şəxslər saxlanılıb.

 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Füzuli rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb. Araşdırmalarla onların Nemət Haqverdiyev, Fəridə Rəhimova, Vüsal Bədəlov, Hikmət Tağıyev, Musa Hətəmov, Qardaş Gülmalıyev, Natiq Həziyev və Məhərrəm Rüstəmov olduqları müəyyən edilib.

 

Adıçəkilən şəxslərin rayon ərazisində yerləşən mağazadan, anbardan və evdən oğurluqlar edərək  ümumilikdə, 50 min manata yaxın dəyərdə ziyan vurduqları aşkar olunub. Dəymiş ziyanın aradan qaldırılması istiqamətində polis əməkdaşları tərəfindən müvafiq tədbirlər davam etdirilir.

 

Keçirilmiş digər bir əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən xarici ölkə vətəndaşı da saxlanılıb. Onun İran İslam Respublikasının sakini Hosein Farhadi olduğu müəyyən edilib. Həmin şəxsin üzərinə baxış keçirilən zaman narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Qeyd edilən faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

İranda DƏHŞƏTLİ QƏZA - 22 nəfər öldü, 36 nəfər yaralandı

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.   Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmə...

Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşüb.   Sfera.az-ın məlumatına görə, tədbirlə bağl...

Obameyanqın yeni klubu açıqlandı

Səudiyyə Ərəbistanının “Əl-Kadsiya” klubundan ayrılan Pyerr-Emerik Obameyanq Fransaya qayıdacaq.   Sfera.az xəbər verir ki, bu barədə ins...

Prezident öz siyasətinin təməl prinsiplərini açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obye...

“Bulvarda kino axşamı" adlı yeni layihə başladı

Mədəniyyət Nazirliyinin dəstəyi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 19...

Kruiz gəmisində qalmaqal: 140 sərnişin müəmmalı xəstəlitə yoluxdu

ABŞ-ın Los-Anceles şəhərindən Meksikanın Puerto Vallarta şəhərinə bir həftəlik səyahət zamanı 3914 sərnişindən 134-ü, eləcə də yeddi ekipaj üzvü qəfildən xəstəl...