Britni Spirsin atası ilə barışıb-barışmayacğı məlum oldu
Müğənni Britni Spirs ötən gün mediada yer alan açıqlamalara baxmayaraq, atası Ceymi Spirslə pozulmuş münasibətlərini bərpa etməyi düşünmür.
Sfera.az xəbər verir ki, müğənni daha əvvəl atası Jamie Spearsi (Ceymi Spirs) onun 13 ilini oğurladığına görə həbs etdirmək istədiyini bildirib.
Sem Asghari ilə boşanan sənətçiyə yaxın adamlardan biri: "Bu, sadəcə olaraq doğru deyil" - deyib.
"Britni dincəlmək üçün səyahətdədir, lakin Ceymi ilə barışıq planlaşdırılmır" - deyə ikinci mənbə əlavə edib.
Qeyd edək ki, açıqlamalar ötən günlərdə atasını 13 illik "cinayətkar" roluna görə həbs etmək istədiyini deyən Britninin Ceymi Spirslə barışmaq qərarına gəldiyini bildirməsindən sonra gəlib.
Britni Spirs bacısı ilə
Həmçinin bildirilir ki, müğənninin atası 16 il əvvəl diz protezi əməliyyatı nəticəsində yaranan infeksiyadan hazırda əziyyət çəkir.
71 yaşlı Spirs növbəti dəfə əməliyyat olunmaq üzrədir və səhhətində yaranan problemlərə görə xeyli arıqlayıb.
2021-ci ilin noyabrında qəyyumluğuna xitam verilən Britni indi ailəsinin yalnız bir üzvü - böyük qardaşı Brayan ilə ünsiyyət qurur. Qardaşı daim Britniyə dəstək olur. Üçüncü boşanma zamanı da Britniyə dəstək olan qardaşı Brayandır.
Aysel
Sfera.az