Azərbaycanın voleybol millisi dünya və Avropa reytinqində irəliləyib

16:15 / 25.08.2023
8868
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi dünya və Avropa reytinqində irəliləyib.
Azərbaycan Voleybol Federasiyasından Sfera.az-a verilən məlumata görə, buna yığmanın qitə çempionatında reytinqdə özündən irəlidə olan kollektivlərə qalib gəlməsi səbəb olub.
Milli dünya reytinqində 5 pillə irəliləyərək 38-ci yerdən 33-cü yerə, Avropa reytinqində isə 3 pillə irəliləyərək 23-cü pillədən 20-ci pilləyə yüksəlib.
Qeyd edək ki, Avropa çempionatında yer aldığı C qrupunu 5 xalla 5-ci pillədə başa vuran Azərbaycan millisi 1/8 finala yüksələ bilməyib.