Peskov Priqojinin ölümündən danışdı: “Kremlin əli yoxdur...”

Peskov Priqojinin ölümündən danışdı: “Kremlin əli yoxdur...”

"Vaqner” qrupunun yaradıcısı Yevgeni Priqojinin ölümü ilə nəticələnən təyyarə qəzasında Kremlin əli olması ilə bağlı iddialar tamamilə yalandır.

 

Sfera.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov qəza ilə bağlı Kremli ittiham edən Qərb dairələrinin bəyanatlarını şərh edərkən deyib.

 

“İndi Yevgeni Priqojin də daxil olmaqla, təyyarənin sərnişinlərinin faciəli ölümü ətrafında çoxlu fərziyyələr var. Yevgeni Priqojinin ölümünü təsdiqləmək üçün ekspertiza lazımdır, lakin hələlik heç bir rəsmi nəticə yoxdur",- Peskov qeyd edib.

 

Qeyd edək ki, 23 avqust tarixində Tver vilayətinin Kujenkino kəndi yaxınlığında Moskvadan Sankt-Peterburqa uçan şəxsi "Embraer Legacy" təyyarəsi qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarədə olan on nəfərin hamısı həlak olub. Federal Hava Nəqliyyatı Agentliyinin təqdim etdiyi sərnişinlərin siyahısına əsasən, sərnişinlər arasında Yevgeni Priqojin də var.

 

Rusiya İstintaq Komitəsi Tver vilayətində baş vermiş təyyarə qəzasından sonra yol hərəkəti təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarının pozulması ilə bağlı iş açıb. İstintaq qrupu hadisə yerinə yola düşüb, bütün zəruri ekspertizalar təyin olunacaq, qəzanın səbəblərini müəyyən etmək üçün bir sıra əməliyyat-istintaq tədbirləri həyata keçiriləcək.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...

"2025-ci ilin birinci yarımilində cinayətlər 10,9% azalıb" - Hərbi prokuror

2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin birinci yarımilində qeydə alınan hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9% azalıb.  ...

Rusiya yay hücumuna hazırlaşır: 160 minlik ordu cəbhədə

CNN-in xəbərinə görə, Rusiya yaxın vaxtlarda Ukraynada genişmiqyaslı yay hücumuna keçə bilər. Ukrayna rəsmiləri Rusiyanın cəbhə xəttinə 160 minlik qoşun cəmləşd...

"Nə oldu, Paşinyan?"ın müəllifi həbs olundu

Müğənni Elçin Göyçaylı həbs olunub.   Sfera.az Axşam.az-a istinadla xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.   ...

Prezident onlara müraciət ünvanladı

Bakıda Asiya Ali Audit Orqanları Təşkilatı (ASOSAI) ilə Ərəb Ali Audit Orqanları Təşkilatının (ARABOSAI) birgə görüşü keçirilir.   Sfera.az xəbə...

Ukrayna müharibəsində yeni mərhələ: Avropa nə istəyir?

Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer birgə mətbuat konfransında bildiriblər ki, Ukrayna yaxın həftələrdə və aylarda Brit...