Tanınmış azərbaycanlı futbolçu qəfil vəfat etdi - FOTO
Cəmiyyət
14:49 / 25.08.2023
9643
Azərbaycan futboluna ağır itki üz verib.
Sfera.az "Fanat.az"a istinadən bildirir ki, Şəhriyar Rəhimov dünyasını dəyişib. Müdafiəçinin Türkiyədə vəfat etdiyi bildirilir. O, qardaş ölkəyə müalicəyə getmişdi.
Qeyd edək ki, Şəhriyar Rəhimov karyerasını ötən il "Səbail"də başa vurmuşdu. Onun davamlı aldığı zədələr nəticəsində yaranan xroniki ağrıları bu qərarı verməsinə səbəb olmuşdu.