Milli parklarda gözlənilən HAVA ŞƏRAİTİ

Milli parklarda gözlənilən HAVA ŞƏRAİTİ

İstirahət günlərində (avqustun 26-27-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, Samur-Yalama milli parkında fasilələrlə yağış yağacağı gözlənilir.

 

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18° isti, gündüz 26-28°isti olacaq.

 

Altıağac milli parkında fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-27° isti olacaq.

 

Ağgöl milli parkında arabir yağış yağacağı, 27-də gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 30-32° isti olacaq.

 

Qızılağac milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 29-31° isti olacaq.

 

Göygöl milli parkında hava əsasən yağmursuz olacaq. Lakin gündüz saatlarında arabir yağış yağacağı gözlənilir.
Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti , gündüz 18-23° isti olacaq.

 

Şirvan milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 30-32° isti olacaq.

 

Hirkan milli parkında arabir yağış yağacağı, 26-da axşam tədricən kəsiləcəyi, 27-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 29-31° isti olacaq.


OXŞAR XƏBƏRLƏR