Cəbrayılda mərmi alışdırıcısı partlayıb, xəsarət alan var

Cəbrayılda mərmi alışdırıcısı partlayıb, xəsarət alan var

Avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

 

DİN-in mətbuat xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, hadisə nəticəsində 1999-cü il təvəllüdlü Həbib Qasımov əlindən xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.

 

Araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR