“Taxıl sövdələşməsinə qayıtmağa hazırıq, ancaq...” – Putin şərtini AÇIQLADI

“Taxıl sövdələşməsinə qayıtmağa hazırıq, ancaq...” – Putin şərtini AÇIQLADI

“Biz taxıl sövdələşməsinə qayıtmağa hazırıq, ancaq Rusiya qarşısında götürülən öhdəliklər yerinə yetirilməlidir”.

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRİKS sammitində bildirib.

 

“18 iyul tarixindən etibarən biz bu müqaviləni uzatmaqdan imtina etdik, amma müqaviləyə geri qayıtmağa hazırıq. Rusiya qarşısında götürülən öhdəliklər faktiki olaraq yerinə yetirildiyi halda sazişə geri qayıdacağıq”,- o vurğulayıb.

 

Putin bəzi ölkələrin Rusiyanın taxıl və gübrə ixracına qəsdən mane olduqlarına, eyni zamanda dünya bazarında yaranmış böhran vəziyyətində ikiüzlülüklə Rusiyanı günahlandırdıqlarına diqqət çəkib.

 

“İl ərzində Ukrayna ilə müqavilə çərçivəsində 32,8 milyon ton yük ixrac edilib ki, bunun da 70%-dən çoxu yüksək və orta gəlirli ölkələrə, o cümlədən, Avropa İttifaqı və təxminən 3 faizi  az inkişaf etmiş ölkələrin payına düşüb. Avropa limanlarında bloklanan gübrələri pulsuz ötürməyə belə icazə vermədilər. Baxmayaraq ki, bu, sırf humanitar aksiya idi, prinsipcə, sanksiyaya məruz qalmamalı idi”, - Kreml rəhbəri onlayn çıxışında bildirib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...