Gəncədə "Hyundai" ata və 5 yaşlı qızını vurdu, azyaşlı öldü

Gəncədə

Gəncə şəhərində ata və qızını avtomobil vurub, onlardan biri dünyasını dəyişib.

 

Sfera.az-ın məlumatına görə, Gəncə şəhəri Atabəylər prospektində sürücü Füzuli Kərimov idarə etdiyi minik avtomobili ilə 1985-ci il təvəllüdlü Ceyhun Ələsgərov və onun 5 yaşlı qızı, 2018-ci il təvəllüdlü Mələk Ələsgərovanı vurub.

 

Müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilən piyadalardan M.Ələsgərova müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR