Ancelina Coli orta barmaqlarına etdirdiyi döymə vasitəsilə Bred Pittə mesaj göndərib? - FOTOLAR

Ancelina Coli orta barmaqlarına etdirdiyi döymə vasitəsilə Bred Pittə mesaj göndərib? - FOTOLAR

Amerikalı aktrisa Ancelina Coli maraqlı yerdə - orta barmaqlarında yeni döymələr etdirib. Ulduzun döymə ustası İnstaqram hesabında dizaynı gizlətmək üçün bulanıq formada olsa da, ulduzun bədənində yeni rəsmlər nümayiş etdirib.
 

Sfera.az bildirir ki, Nyu-Yorkun məşhur “Bang Bang” salonunda işləyən cənab K postda Ancelina Colini işarələyərək, "Hələ də inana bilmirəm ki, onun əlindən tutub ona döymə etdirdim" yazıb.


Usta abunəçilərinə də sual ünvanlayıb: "Görün, onun ovucunda nə var?"
 

Pərəstişkarları Ancelina Colinin yeni sirli orta barmaq döymələrinin "fuck off" Brad Pitt yazıldığını iddia ediblər. Üstəlik, bu şərhlər arasında ən çox yazılan variant olub.
 

Digərləri yeni döymələrin onun övladlarına verilən hörmət, potensial iddiaçılar üçün xəbərdarlıq etiketi və ya mənəvi bir şey olduğunu bildirib.
 

Qeyd edək ki, bu, Ancelinanın ilk döyməsi deyil. Aktrisanın xeyriyyə işinə və altı övladına həsr olunmuş bir çox əhəmiyyətli tatooları var. Bundan əlavə, onun keçmiş əri Billy-Bob Thortona həsr olunmuş döyməsi də var idi. Aktrisa sonradan döyməni lazerlə sildirib və bir daha bunu etməyəcəyinə söz verib.
 

Bununla belə, Coli vədini tam yerinə yetirməyib, çünki o Pittlə 2016-cı ildə ayrılıqdan bir qədər əvvəl, əbədi bağlarını simvolizə etmək üçün eyni mürəkkəblə çəkilmiş Buddist rəsmləri olan döymələrə müraciət edib.
 

Döymələrin hər ikisində şair Rumidən bir sitat da var ki, orada (ironik olaraq) deyilir: "Bütün xeyir və şər məfhumlarından kənarda bir sahə var. Mən sizinlə orada görüşəcəyəm".


Ancelina Colinin döymə ustası isə bildirib ki, döymə Colinin keçmiş ərinə və uşaqlarının atasına aid deyil.


"Bu, Brad Pittlə əlaqəli deyil" deyə o öz paylaşımına şərh yazıb.
 

Xatırladaq ki, Coli və Pittin altı övladı var - 15 yaşlı əkizlər Vivyen və Noks, 17 yaşlı Şilo, 18 yaşlı Zahara, 19 yaşlı Paks və 22 yaşlı Maddoks. 2023-cü ildə birgə mülkiyyət və uşaqların qəyyumluğu ilə bağlı məhkəmə prosesləri nəhayət başa çatıb.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında iyulun 19-da hava şəraiti yağmursuz keçəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat veri...

İsrail Suriya druzlarına humanitar yardım göndərir

İsrailin Xarici işlər naziri Gideon Saar Suriyanın cənubundakı Əs-Suveyda şəhərində vəziyyətin pisləşməsi fonunda həmin bölgədə yaşayan druz icmasına humanitar ...

Bakı aeroportunda ƏMƏLİYYAT keçirildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların ölkənin gömrük sərhədindən qanunsuz yolla keçirilməsi cəhdinin qarşısını alıblar. &nbs...

Övladını bağçaya qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ

Məktəbəqədər təhsil müəssisələrinə qəbul başlayıb.   Bu barədə Sfera.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat evrilib...

Müharibə oyuna çevrildi: Ukrayna xal sistemindən faydalanır

Ukrayna ordusu Rusiya ilə müharibədə texnoloji innovasiyalarla diqqət çəkməyə davam edir. Kiyev rəhbərliyi cəbhə xəttində döyüşən əsgərlərin motivasiyasını artı...

Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol

Azərbaycan milli mətbuatı xalqımızın azadlıq, müstəqillik və demokratik dəyərlər uğrunda mübarizəsinin tərkib hissəsi kimi şərəfli bir yol keçmişdir. Ulu Öndər ...