İdman TV \"Qarabağ\"ın matçını niyə yayımlamır? - AÇIQLAMA

İdman TV \

İdman TV “Qarabağ”ın Sloveniyada yerli “Olimpiya”ya qarşı keçirdiyi UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununun yayımlanmamasının səbəbini açıqlayıb.

 

Sfera.az xəbər verir ki, kanal Feysbuk səhifəsi vasitəsilə paylaşım edib.

 

Bildirilib ki, matçın yayımlanmaması texniki problemlə əlaqədardır: “Əziz izləyicilər, texniki xəta səbəbilə “Olimpiya” – “Qarabağ” görüşünü yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxıb. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!”

 

Qeyd edək ki, ikinci hissəsi davam edən oyunda “Qarabağ” 2:0 hesabı ilə öndədir.


OXŞAR XƏBƏRLƏR