Aşağı Qaraməryəm kəndində sakinlərlə səyyar görüş keçirildi - FOTO

Aşağı Qaraməryəm kəndində sakinlərlə səyyar görüş keçirildi - FOTO

24 avqust  2023-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı rayonun Aşağı Qaraməryəm kəndində sakinlərlə növbəti səyyar görüş keçirdi.

 

Sfera.az xəbər verir ki, qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, idarə, müəssisə, təşkilat rəhbərləri və kənd sakinləri iştirak ediblər.

 

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Göyçay rayonunda aparılan abadlıq işlərindən və əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə kənd sakinlərinə ətraflı məlumat vermişdir.

 

Sonra Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəhilə Xəlilova çıxış edərək kəndin əhalisi, sosial-iqtisadi inkişafı, kənd sakinlərinin məşğuliyyəti və nümayəndəlik ərazisində görülən işləri qeyd edib.

 

Səyyar qəbul zamanı Rayon İcra Hakimiyyəti başçısı vətəndaşların təklif, müraciət və şikayətlərini dinləyib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həlli ilə bağlı rayon rəhbəri tərəfindən müvafiq tapşırıqlar verilib və araşdırılmasına ehtiyac olan digər məsələlər isə aidiyyəti müəssisə və təşkilat rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.

 

Kənd sakinləri onların müraciətlərinə diqqət və həssaslıqla yanaşıldığı üçün rayon rəhbərliyinə və ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.

 


OXŞAR XƏBƏRLƏR