Abşeronda gənc qız faciəvi şəkildə ÖLDÜ - FOTO

Abşeronda gənc qız faciəvi şəkildə ÖLDÜ - FOTO

Abşeron rayonunda gənc qız intihar edib.

 

Sfera.az-ın xəbərinə görə, hadisə bu gün rayonun Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 30-cu məhəllə, bina 41-də qeydə alınıb.

 

Belə ki, 16-17 yaşlı qız yaşayış binasından özünü ataraq öldürüb.

 

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

 

İlkin məlumata görə, gənc qızın həmin binada yaşamadığı ehtimal edilir.

 

Faktla bağlı araşdırma aparılır.(Report)


OXŞAR XƏBƏRLƏR