Millimizin rəqibində yeni müqavilə

Millimizin rəqibində yeni müqavilə

DÇ-2018-in seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Almaniya millisində baş məşqçi Yoahim Lövün fəaliyyəti federasiya rəhbərliyinin ürəyincədir.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, bu üzdən federasiya təcrübəli mütəxəssislə yeni müqavilə bağlamaq qərarına gəlib.

Tərəflər arasında imzalanmış yeni sazişə əsasən, Löv 2020-ci ilə qədər Bundestimin "sükanı arxası"nda olacaq. Bununla bağlı rəsmi açıqlama oktyabrın 31-də veriləcək.
 
Qeyd edək ki, C qrupunda keçirdiyi ilk 3 matçda maksimum nəticə göstərən lider Almaniyanı 7 xalla Azərbaycan millisi izləyir. Bu komandalar arasında ilk görüş gələn il, martın 26-da Bakıda baş tutacaq.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda bu şəxslərə subsidiya veriləcək - QƏRAR

Azərbaycanda radio yayımçılarına subsidiya veriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Audiovizual Şuranın (AŞ) hesabatında bildirilib.  ...

Ödənişləri kartdan-karta qəbul edən ÖZƏL BAĞÇALAR: Rəhbərliyi hansı cəza gözləyir?

Son zamanlar özəl məktəbəqədər təhsil müəssisələri ilə bağlı şikayətlərlə tez-tez qarşılaşırıq. Budəfəki məsələ uşaq bağçalarında ödənişlərin qeyri-rəsmi yollar...

DİM sədri: Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür

Rəqəmsal imtahanlara keçid üzrə işlər görülür.   Sfera.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszad...

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...