Göyçayda abadlıq və quruculuq işləri davam etdirilir - FOTOLAR

Göyçayda abadlıq və quruculuq işləri davam etdirilir - FOTOLAR

Göyçay rayonunda vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə abadlıq, quruculuq və suvarma arxlarının qazılması işləri mütəmadi olaraq davam etdirilir.

 

Göyçay rayonu ərazisində son aylar vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə küçələrin işıqlandırılması, yaşıllıqların artırılması, suvarma arxlarının qazılması, avtomobil və piyada yollarının qaydaya salınması üzrə əsaslı işlər aparılır. Görülən işlər şəhər ərazisi ilə yanaşı kəndlərdə də davam etdirilir.

 

Avqustun 24-də Rayon İcra Hakimiyyəti başçısının Aşağı Qaraməryəm, Cəyirli və Ləkçılpaq kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin təşkilatçılığı ilə nümayəndəliyə daxil olan kəndlərin ərazisindən keçən yolların kənarlarında abadlıq və təmizlik işləri aparılaraq mövcud yaşıllıqlara aqrotexniki qulluq olunmuş, ağacların əhənglənməsi təşkil edilib.

 

RİH başçısının Şəhadət kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təşəbbüsü və kənd sakinlərin dəstəyi ilə nümayəndəliyə daxil olan Qarabağlar və Şəhadət kənd qəbiristanlıqlarında səliqə-səhman yaradılaraq ərazi kol-kosdan, alaq otlarından təmizlənmiş və yaşıllıqların suvarılması təmin edilib.

 

Rayonun Çaxırlı kəndində Göyçay Elektrik Şəbəkəsi tərəfindən elektrik xətlərinin üzərinə düşən ağacların budaqlarında yaşıl budama işləri aparılaraq elektrik enerjisi ilə təminatın dayanıqlı olması və yanğın hadisələrinin qarşısının alınması istiqamətində tədbirlər görülüb.

 

Həmçinin rayonun Şəkili, Hacıağabəyli, Alxasava və Şıxbəy kəndlərində vətəndaşların əkin sahələrinin vaxtında suvarılmasını təmin etmək məqsədilə rayon Suvarma Sistemləri İdarəsi tərəfindən arxlar lil və çöküntülərdən, kol-kosdan təmizlənərək suyun ötürücülük qabiliyyəti artırılıb.


OXŞAR XƏBƏRLƏR

Məşhur teleaparıcı işdən ayrıldı

İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova işdən ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın "Xəbərlər" pro...

Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərinə götürüb.   Sfera.az xəbər verir ki, bu haqda deputat, ürək-damar cərrahı Rə...

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...