Partlayışda xəsarət alan bacı-qardaş xəstəxanada VƏFAT ETDİ - FOTO 

Partlayışda xəsarət alan bacı-qardaş xəstəxanada VƏFAT ETDİ - FOTO 

Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində fərdi yaşayış evində baş verən partlayışda yanıq xəsarətləri alan bacı-qardaş vəfat edib.

 

Sfera.az xəbər verir ki, hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 1998-ci il təvəllüdlü Quliyeva Fərəh Əbdül qızı və 1997-ci təvəllüdlü Quliyev Toğrul Əbdül oğlu xəstəxanada dünyasını dəyişib.

 

Yaxınlarının məlumatına görə, hadisə zamanı onların nənə və ataları həyətdə, anaları evin ikinci mərtəbəsində, bacı-qardaş isə evin birinci mərtəbəsində olublar. Partlayış evin birinci mərtəbəsində qeydə alınıb. Bu səbəbdən yalnız iki nəfər – bacı-qardaş ağır yanıq xəsarətləri alıblar. Ailənin digər üzvləri isə xəsarət almayıblar.

 

Qeyd edək ki, hadisə ümumi sahəsi 250 m² olan ikimərtəbəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində baş verib. İlkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən olunub.(Report)


OXŞAR XƏBƏRLƏR

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...