Keçmiş bələdiyyə sədri: “Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm”

Keçmiş bələdiyyə sədri: “Affekt vəziyyətdə bacımı öldürmək istəmişəm”

Külli miqdarda dələduzluqda ittiham olunan Binəqədi qəsəbə bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva və bacısı İlknur Turkutun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

 

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclas da qalmaqalla başlayıb.

 

Prosesin əvvəlində zərərçəkmiş Gülnaz Məmmədova və şahid qismində tanınmış qızı ilə təqsirləndirilən bacılar arasında mübahisə olub. Mübahisə zamanı zərərçəkmiş və qızı səslərini yüksəldib, A.Əliyeva və İ.Turkutu təhqir ediblər.

 

Hakim iclası pozduğuna görə şahidi zaldan kənarlaşdırıb, anasına isə xəbərdarlıq edib: “Rəfiqəlik edəndə, evinə çağırıb qarşısına tortla çay qoyanda məhkəmədən icazə almışdınız? Hamısı elə sizin qanunsuz yolla pul qazanmaq tamahınızın nəticəsidir. Məhkəmə zalında sakit olun!”

 

Prosesin davamında Aytac Əliyevanın vəkili bir sıra vəsatətlə çıxış edib.

 

Vəkil iş üzrə adı keçən iki müstəntiqin məhkəməyə çağırılmasını, müvəkkilinin səsi kimi təqdim edilmiş səs yazısının yoxlanılmasını və A.Əliyevanın 10-a yaxın xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək ev dustaqlığına buraxılmasını istəyib.

 

Məhkəmə qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatəti rədd edib:

 

“İstintaq təcridxanasının müalicə müəssisəsi var. Ehtiyac yaranarsa, oraya müraciət etmək olar”.

 

Digər vəsatətlər isə baxılmamış saxlanılıb. Daha sonra hakim bacılardan qızıl alverindən qazandıqları pulları nəyə xərclədiklərini soruşub.

 

Eks-bələdiyyə sədri bu məsələdə də bacısını günahlandırıb:

 

“İlknurun dediyinə görə qızılları alandan sonra qiymət düşüb, ucuza satıb. Bu işlərə görə klinikalardan birinin yanında affekt vəziyyətdə bacımı öldürmək istəmişəm. Mən bacımın səhvlərinin qurbanıyam. Üç universitet bitirmişəm, indi doktoranturada oxumalıyam, amma gəlib məhkəmədə mühakimə olunuram”.

 

Prosesin davamında iş materiallarının tədqiqi davam etdirilib. A.Əliyeva sənəd saxtalaşdırılması epizodu üzrə də ittihamları təkzib edib, sənədlərin saxtalaşdırıldığı tarixdə bələdiyyə sədri olmadığını deyib:

 

“Orada söhbət 2014-cü ildən gedir. Həmin vaxt da mən bələdiyyə sədri işləməmişəm. Aidiyyətim olmayan məsələyə görə niyə ittiham olunuram? İki ildir günahsız ola -ola təcridxanada saxlanılıram”.

 

Məhkəmə heyəti məzuniyyətə getdiyinə görə proses oktyabrın 10-a kimi təxirə salınıb.

 

Qeyd edək ki, bacılar 2021-ci ildə həbs ediliblər. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur.

A.Əliyeva həbsdə, İ.Turkut isə ev dustaqlığındadır.

 


OXŞAR XƏBƏRLƏR

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...