Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq

Azərbaycanın iki rayonunda qaz təchizatı dayandırılacaq

Sabah Bakının Xəzər rayonunun bəzi yaşayış massivlərində, həmçinin Göyçay rayonunda qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Bildirilib ki, avqustun 24-də saat 09:00-dan “Pirallahı-Qala” qaz ölçü qovşağından qidalanan qaz kəmərində və saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Göyçay 2” ölçü qovşağından qidalanan qaz kəmərində aparılacaq təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

 

Təmir işləri görülən müddətdə Xəzər rayonunun Dübəndi Südçülük və Zirə Südçülük sovxozlarının, Qala kəndinin, Xaşa-Xuna, Laçın və Kəlbəcər sakinlərinin məskunlaşdığı yaşayış massivlərinin, həmçinin Göyçay rayon mərkəzinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...