“Oğlum işsizdir, elə onu deyərdim də…” – Rasim Balayev Prezidentlə görüşündən DANIŞDI

“Oğlum işsizdir, elə onu deyərdim də…” – Rasim Balayev Prezidentlə görüşündən DANIŞDI

"Neçə gündür düşünürəm, nə qəbahət etdim ki, bu dərəcədə reaksiya verildi. Məndən sənətimə uyğun olmayan şeylər tələb edirlər. Deyirlər, Prezidentlə görüşəndə hansısa məsələləri ortaya qoymalıydım. Bilmirlər ki, orada hər şey qrafiklə gedir". 

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Rasim Balayev yutubda yayımlanan "Bizim müsahib" layihəsində deyib. Bir müddətdir tənqid hədəfinə çevrilən aktyor ünvanına deyilənlərə reaksiya verib:

 

"Mənim missiyam bu idi: dəvət edildim ki, mükafatım təqdim olunsun. Mən deputat, nazir deyiləm. Mənim özümün nə qədər problemim var, onu deyərdim. Oğlum işsizdir, iş tapa bilmirəm. Bunu deyərdim, həllini də tapardı. Ayıbdır, deyə bilməzdim. Nəvəm neçə vaxt işsiz qaldı, iş tapa bilmirdi. Axırda özü baş vurdu və işə götürüldü. Mən ona görə kiməsə ağız açmadım. Kino problemlərini danışdım, kino dərdini dedim". 

 

Qeyd edək ki, Prezident İlham Əliyev 75 illik yubileyi münasibətilə Xalq artisti Rasim Balayevi “İstiqlal” ordeni ilə təltif edib. 


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...