Azərbaycanlı rejissorun yeni klipi Ukraynada təqdim edilib - VİDEO

Azərbaycanlı rejissorun yeni klipi Ukraynada təqdim edilib - VİDEO

Soydaşımız İlqar Axundov Ukraynada daha bir uğura imza atıb. Gənc rejissorun lentə aldığı “Yaxınlıqda” klipi Ukraynanın sənət cameəsinə səs salıb.


Sfera.az xəbər verir ki, bununla bağlı Bizim.Media-ya açıqlama verən rejissor İlqar Axundov bildirib ki, klipin məzmunu hər birimizin yaşaya biləcəyi bir həyat hekayəsidir: 
 

“Mədəniyyətindən və dinindən asılı olmayaraq, hamımız aşiq olur, həyatdan həzz alır, bir-birimizə sevgimizi ötürürük, evlənirik və bundan sonra da xoşbəxt yaşamaq istəyirik. 
 

Amma bəzən ailədə münaqişələr, mübahisələr yaranır. Bu zaman bəzilərimiz bizi birləşdirən şeyi unutmağa və diqqəti bizi ayıran şeyə yönəltməyə başlayırəq. Bu danışdıqlarım “Yaxınlıqda” klpinin süjet xəttidir”.

 

İlqar Axundov Ukrayna Kino Məktəbinin məzunudur. Neçə illərdir ki, rejissor kimi müstəqil fəaliyyət göstərir. İlk müstəqil işi 2018-ci ildə lentə alınan "Desert" qısametrajlı film olub.


“Desert” üç festivalda iştirak hüququ qazanıb.  Daha sonra  "Yuxu oyunları" adlı iki qısametrajlı filmə rejissorluq edib. 
 

2019-cu ildə yaradıcılıq işi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinə köçüb. Orada Mercedes-Benz, Franck Muller və başqa tanınmış brendlər üçün futbol liqası və digər layihələr haqqında sənədli filmlər çəkib. O, 2020-ci ildə yenidən Ukraynaya qayıdıb. 
 

Hazırda Ukraynada müharibə olmasına baxmayaraq İlqar Axundov peşə fəaliyyətimi davam etdir. Son layihəsi isə gənc ifaçı Parfeniukun "Yaxınlıqda"mahnısına şəkdiyi eyniadlı klipi olub.

 


OXŞAR XƏBƏRLƏR

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...

4 900 abonentinin qaz təchizatı dayandırılacaq

İyulun 15-də Masallı rayonunun 8 kəndində qaz təchizatı dayandırılacaq.   Bu barədə Sfera.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) &ldq...

Sabah qızmar diskomfort hava şəraiti gözlənilir - RƏSMİ

Abşeron yarımadasında iyulun 15-də durğun və qızmar diskomfort hava şəraiti gözlənilir.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilə...