Putindən Qərb ölkələrinə SƏRT İTTİHAM: “Dəhşətli böhrana səbəb oldular”

Putindən Qərb ölkələrinə SƏRT İTTİHAM: “Dəhşətli böhrana səbəb oldular”

“Bəzi ölkələr öz hegemonluğunu və müstəmləkəçilik siyasətlərini təbliğ edirlər”.

 

Sfera.az bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin Cənubi Afrikada “BRİKS” sammitində Ukrayna savaşı ilə bağlı çıxışı zamanı deyib. O, fikirlərini bu cür davam etdirib:

 

“Bu ölkələrin dünyada öz hegemonluğunu qorumaq istəyi Ukraynada dəhşətli böhrana səbəb oldu. Lakin bizim Ukraynadakı hərəkətlərimiz yalnız bir şeyi rəhbər tutur: Qərbin Donbasdakı insanlara qarşı başlatdığı müharibəyə son qoymaq”.

 

Putin sülh yolu ilə ədalətli həlli təmin etmək cəhdlərində fəal iştirak edən “BRİKS”dəki həmkarlarına da təşəkkür edib. O, həmçinin bildirib ki, rəsmi Moskva 2024-cü ilin oktyabrında Kazan şəhərində sammitə ev sahibliyi edəcək.

 

Türkan


OXŞAR XƏBƏRLƏR