“Suyun dibinin relyefi öyrənilmir...” – Dənizdə boğulanların sayı niyə artır?

“Suyun dibinin relyefi öyrənilmir...” – Dənizdə boğulanların sayı niyə artır?

“Çimərliyə gedən şəxslər təhlükəsizlik bağlı öncədən planlı olmalıdır”.

 

Bunu Sfera.az -a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib. O qeyd edib ki, çimərliklərlə bağlı kifayət qədər maarifləndirilmə işləri aparılsa da, bu, vətəndaşlar tərəfindən ciddiyə alınmır:

 

“Bu, təkcə bizdə belə deyil. Hər il dünyada təxminən 400 minə yaxın insan çimərliklərdə boğularaq həyatlarını itirir. Bu isə kifayət qədər böyük rəqəmdir. ABŞ-də hər il 8 mindən çox insan bu faciə ilə üzləşir. Yəni əksər ölkələrdə vəziyyət eynidir və bu istiqamətdə maarifləndirmə tədbirləri davam etdirilir. Boğulanların statistikasının təhlili göstərir ki, boğulanlmaların 95 faizi məhz qeyri-çimərlik ərazilərində baş verir. Bu bir daha onu göstərir ki, qeyri-çimərlik ərazilərinə üz tutmaq olmaz”.

 

Müsahibimiz bildirib ki, bu yerlərdə xilasetmə xidməti də olmur:

 

“Həmin yerlər çimmək üçün nəzərdə tutulmur, suyun dibinin relyefi öyrənilmir. Digər tərəfdən, əlverişsiz hava şəraitində çimərliyə gedənlər də olur. Bu da çox ciddi məsələdir. Günün qaranlıq saatlarında, küləyin normadan yüksək olduğu vaxtlarda çimərliyə getmək olmaz. Bunlar sonda bədbəxt hadisələri qaçılmaz edir. “Mən üzə bilirəm, boğulmaram” kimi fikirlər də doğru yanaşma deyil. Üzə bilən də boğulma, batma təhlükəsi ilə üz-üzə qala bilər. Çimərliyi yarış meydançasına çevirməmək lazımdır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Mikayıl Cabbarov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin ölkəmizdəki səfiri Lu Mey ilə görüş keçirib.   Sera.az xəbər verir ki bu barədə İqtisadiyyat Nazirliyindən...

Polisin maarifləndirmə tədbirləri davam edir - VİDEO

Polis əməkdaşları ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilak...

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunun birlik, birləşmə və hərbi hissələrində, eləcə də xüsusi təyinatlı təhs...

Trampdan Azərbaycan və Ermənistanla bağlı mühüm- AÇIQALAMA

“Ermənistanla Azərbaycan arasında münaqişə yaxın zamanda uğurla və birdəfəlik həll olunacaq”.   Sfera.az xəbər verir ki, bunu ABŞ Prezide...

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar nazirinə yeni müavin təyin edilib.   Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məcli...

Bakıda sinaqoqa terror hücumu hazırlayarkən DTX tərəfindən tutulan şəxs törətdiyi əməli etiraf etdi

Azərbaycanda terrorçuluq etməyə cəhddə təqsirləndirilən Abdulla Əliyevin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəməni...