Siçanlar üzərində Alzheimer xəstəliyinin simptomlarına qarşı sınaqlar keçirildi

Siçanlar üzərində Alzheimer xəstəliyinin simptomlarına qarşı sınaqlar keçirildi

Kaliforniya Universitetinin San Dieqo Tibb Məktəbinin tədqiqatçıları müəyyən ediblər ki, aralıq orucu tutmaq Alzheimer xəstəliyinin simptomlarını yaxşılaşdıra bilər.

 

Sfera.az xəbər verir ki, "Hüceyrə Metabolizmi" jurnalında dərc edilən araşdırma vaxt məhdudiyyəti ilə qidalanan siçanların yaddaşının yaxşılaşdığını və onlarda anormal zülal yığınların azaldığını göstərib.

 

Alzheimer xəstələri tez-tez bədənin bir çox fizioloji prosesləri tənzimləyən sirkadiyalı ritminin pozulması ilə qarşılaşırlar. Təxminən 80 xəstə bu simptomlarla qarşılaşır, o cümlədən gecələr yatmaqda çətinlik çəkirlər.

 

Təcrübə zamanı siçanlarda sirkadiyalı ritmləri sürətləndirməyi sınayıblar. Bunun üçün onlar siçanları məhdud vaxt qrafiki ilə qidalandırıblar: onlara hər gün yalnız altı saatlıq aralıqda  yemək yeməyə icazə verilib. İnsanlar üçün bu, hər gün təxminən 14 saat oruc tutmağa bərabərdir.

 

Məlum olub ki, aralıq oruc tutan siçanların yaddaşı daha yaxşı olub, gecələr daha az hiperaktiv olub, daha nizamlı yuxu rejiminə riayət edib və daha az yuxu pozğunluğu yaşayıb. Bundan əlavə, heyvanlar idrak qabiliyyətlərində daha yüksək bal göstəriblər.

 

Gələcəkdə alimlər bununla bağlı klinik sınaqlar keçirməyi planlaşdırırlar. Nəticələr təsdiqlənərsə, neyrodegenerativ xəstəliyin müalicəsində dərmanlardan çox həyat tərzi dəyişikliklərinə əsaslanan yeni bir yanaşma ortaya çıxa bilər.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

"Övladım olmasa da, həyat yoldaşımdan ayrılmaram"

"Evlənəndən artıq narkotikdən sağalmışdım. Adam kimisə bədbəxt etməz. Bəzilərinin axmaq düşüncə tərzi var: Evlən düzələcək. Necə yəni? Bu düzəlsin, so...

MEDİA: Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir

Bir sıra sosial şəbəkə hesablarında Azərbaycanın müdafiə naziri və xarici işlər naziri adından guya Belarus təyyarəsinin Rusiyanın hava məkanında vurulmasına da...

Bu rayonda da ehsan verilməyəcək

Sabirabad şəhəri və kəndlərində yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat y...

Moskvada 122 illik temperatur rekordu yenilənib

Rusiya paytaxtı Moskvada iyulun 12-nə olan temperatur rekordu qırılıb, hava 34,6°C-ə qədər qızıb və bununla 1903-cü ildəki əvvəlki maksimum geridə qoyulub. ...

Günvurma ölümlə nəticələnə bilər - XƏBƏRDARLIQ

Azərbaycan ərazisində uzun sürən nisbətən sərin və rütubətli hava şəraitindən sonra son günlər tempraturun qəfil yüksəlməsi narahatlıq doğurub. Artıq bəzi ...

Əl Şaraanın Azərbaycana səfəri başa çatdı - FOTO

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 12-də başa çatıb.   Sfera.az&nbs...