Metronun yaxınlığında vətəndaşı ürəyindən bıçaqlayıb qaçdı... - TƏFƏRRÜAT... + VİDEO

Metronun yaxınlığında vətəndaşı ürəyindən bıçaqlayıb qaçdı... - TƏFƏRRÜAT... + VİDEO

Paytaxtın Nərimanov rayonunda marketlərdən birində qətl törədilib.

 

Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, ağır cinayət Rövşən Əliyev küçəsində, metronun ''Ulduz'' stansiyasının yaxınlığında baş verib.

 

Bu barədə polisə məlumat daxil olan kimi rayon hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gəlib baxış keçiriblər.

 

Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Faktla bağlı ''qəsdən adam öldürmə''maddəsi ilə cinayət işi başlanıb.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


OXŞAR XƏBƏRLƏR