Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini TƏNQİD ETDİ

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsini TƏNQİD ETDİ

Ermənistanın baş naziri Nikol Paşinyanın son müraciəti gündəm olub.

 

Sfera.az bildirir ki, Nikol Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 33-cü ildönümündə onu tənqid edib. Paşinyanın sözlərinə görə, 44 günlük müharibədən əvvəl və xüsusən də sonra o, Bəyannamənin mətnini dəfələrlə oxuyub.  Baş nazir etiraf edib ki, həmin hadisələrdən əvvəl və sonra mətnin qavranılması xeyli fərqli olub.

 

“Bəyannamənin mətninin tənqidi təhlili göstərir ki, bizi SSRİ-nin bir hissəsinə çevirən düstura əsaslanan belə bir diskurs və məzmun seçmişik. Söhbət regional mühitdən və bizi hər zaman qonşularımızla münaqişə vəziyyətində saxlamalı olan qarşıdurma diskursundan gedir”.

 

Paşinyan qeyd edib ki, bu bəyanatla Ermənistan SSRİ-dən çıxmaq kursunu elan etsə də, eyni zamanda bu istiqamətdə bütün yolları bağlayıb: “Bəyannamə ilə biz 20-ci əsrin əvvəllərində müstəqilliyimizi itirməyə aparan düstur qəbul etdik. Lakin  indi bizim sülh gündəmimiz müstəqilliyin gündəliyidir”.

 

Ermənistan baş naziri bildirib ki, sülh olduğu müddətcə müstəqillik də olacaq: “Nə qədər ki, sülh yoxdur, SSRİ-nin ruhu regionumuzun səmasında dolanacaq”.

 

Qeyd edək ki, Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR