“Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram” deyən bacısına görün nə etdi - Lənkəranda ŞOK

“Şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram” deyən bacısına görün nə etdi - Lənkəranda ŞOK

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Kürdəmirdə bacısını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Xəyal Şıxaliyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Sfera.az Pravda.az-a istinadən bildirir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 14 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

 

Qeyd: 2021-ci il sentyabrın 15-i saat 16 radələrində Kürdəmir rayon sakini, 1986-cı il təvəllüdlü Dilarə Nəsirovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla zərərçəkmişin qardaşı, 1984-cü il təvəllüdlü Xəyal Şıxaliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Dilarə Nəsirovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) maddəsi ilə cinayət işi başlanıb. Xəyal Şıxaliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İttihama görə, Xəyal Şıxaliyev bacısı Dilarə Nəsirovanın ayrı-ayrı şəxslərlə cinsi əlaqədə olub yüngül həyat tərzi keçirməsi səbəbindən onu qəsdən öldürmək qərarına gəlib. Bu məqsədlə o, 15 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Kürdəmir şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən evə gedib, qadına əxlaqsız əməllərindən əl çəkməsini təklif edib. Dilarə Nəsirova isə ona "öz şəxsi həyatımdır, necə istəyərəm, elə də yaşayaram, heç kim həyatıma qarışa bilməz" sözlərini deyib. Xəyal bacısının bu sözlərindən daha da qəzəblənib və üzərində olan bıçaqla Dilarə Nəsirovanın bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən zərbələr vurub. Qadının qışqırıq səslərini onun oğlu eşidərək otağa daxil olub. Xəyal bacısı oğluna otaqdan çıxmasını tələb edib. Daha sonra o, azyaşlının gözü qarşısında bacısını bıçaq zərbələri endirməyə davam edib. Xəyal Şıxaliyev bıçaqla ümumilikdə Dilarə Nəsirovaya 35 dəfə qəsdən zərbələr vuraraq onu qətlə yetirib. Məhkəmə istintaqı zamanı Xəyal Şıxaliyev ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib. Həmçinin təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrinin məzmununu təsdiq edərək göstərib ki, onun iş üzrə tutulmasından təxminən dörd ay əvvəl yeznəsi bacısı Dilarədən qadının başqa kişilərlə cinsi əlaqədə olmasına görə faktiki olaraq ayrılıb. Yeznəsi Dilarə ilə arasında bağlanmış nikahın pozulması barədə iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət etmişdi. Bundan sonra bacısı iki azyaşlı uşağı ilə Ağsu rayonuna köçüb orada mağazada satıcı işləyib və kirayədə yaşayıb. Bu müddət ərzində də qadının orada başqa şəxslərlə cinsi əlaqədə olması barədə məlumatlar eşidib. Xəyal və valideynləri dəfələrlə Dilarədən əxlaqsız hərəkətlərindən çəkinməsini tələb etsələr də, qadın onların sözlərinə məhəl qoymayıb, əxlaqsız hərəkətlərini davam edib. Daha sonra bacısı Ağsudan Kürdəmir rayonuna nənəsinin evinə qayıdaraq uşaqları ilə orada qalıb. Xəyal nənəsigilə gələrək bacısı ilə söhbət edib və ona bu yoldan əl çəkməsini bildirib. Lakin qadın yenə də ona etiraz edərək "öz şəxsi həyatımdır, necə istəyərəm, elədə yaşayaram, heç kim həyatıma qarışa bilməz" deyib. Dilarənin bu sözündən, yəni əxlaqsız hərəkətlərini davam etdirəcəyini ona sərt və ədəbsiz şəkildə deməsindən daha da qəzəblənib qadını öldürmək qərarını qətiləşdirib. O, üzərində olan bıçaqla Dilarəni qətlə yetirib.


OXŞAR XƏBƏRLƏR