Mirziyayevin şərəfinə dövlət ziyafəti verildi

Cəmiyyət
21:11 / 22.08.2023
7786
Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin və xanımı Ziraatxan Mirziyayevanın şərəfinə dövlət ziyafəti verilir.
Sfera.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.