İcra başçısı vətəndaşların müraciətlərinə baxılması üçün qəbul keçirdi - FOTOLAR

İcra başçısı vətəndaşların müraciətlərinə baxılması üçün qəbul keçirdi - FOTOLAR

22 avqust 2023-cü il tarixdə Göyçay rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi.

 

Sfera.az xəbər verir ki, qəbulda Rayon icra Hakimiyyəti başçısı Natiq Ağayev, aparatın şöbə müdirləri, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.

 

Vətəndaşların müraciətləri dinlənilmiş və onların qaldırdıqları məsələlərlə bağlı qanunvericiliyin tələbləri izah olunub, İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlərin həlli üçün yerində tapşırıq verilib, digər mövzularla bağlı isə aidiyyəti qurumların yerli nümayəndələrinə tapşırıq verilib.

 

Ümumilikdə qəbul zamanı 50-yə yaxın rayon sakinlərinin müraciətinə baxılıb, şəhid ailələri, qazilər və müharibə iştirakçıları isə növbədənkənar qəbul edilib.


OXŞAR XƏBƏRLƏR