Dollar alışı 2 dəfə azalıb – Ötənilki nəticə təkrarlanır

Dollar alışı 2 dəfə azalıb – Ötənilki nəticə təkrarlanır

Bu il Azərbaycanda dollara tələbin xeyli azalması müşahidə edilir. 


Sfera.az xatırladır ki, ötən ilin ilk 7 ayında nağd formada 1,5 milyard dollar alındığı halda bu il alışın həcmi 2 dəfə azalaraq 872 milyon dollara düşüb. 


Satışda isə ciddi fərq yoxdur. Ötən ilin yanvar-iyul ayları ərzində 1,13 milyard dollar satıldığı halda cari ilin eyni dövründə satışın məbləği 955 milyon dollar olub. 


Müqayisə göstərir ki, bu il dollar alışı kəskin azalıb. Başqa sözlə dollara tələb xeyli zəifləyib. 


Son 2 ildə dollar satışının yüksək olmasını Rusiya və Ukrayna arasında baş verən müharibə ilə əlaqələndirmək olar. Müharibə səbəbindən xüsusən Rusiyadan böyük məbləğdə ABŞ dollarında olan vəsait Azərbaycan banklarına köçürülüb. Həmin vəsaitin bir hissəsi sonradan manata dəyişdirilərək daşınmaz əmlakın alınması və digər məqsədlər üçün istifadə edilib. 


Bu vəziyyət dollara tələbi də zəiflədib. Xaricdən pul köçürmələrinin artması daxili bazarın xarici valyutaya olan tələbinin böyük hissəsini ödəyib. Buna görə də mübadilə məntəqələrində xarici valyuta alışı xeyli azalıb. 


Digər tərəfdən əhalinin manatla yığımlarında da artım baş verir. 2023-cü ildə də əmanətlərin manatla olan hissəsinin həcmi artır. Manatla olan əmanətlərin bir hissəsi məhz xarici valyutada olan vəsaitlərin dəyişdirilməsi hesabına yaranır.   


Sadalanan amillər Azərbaycanda nağd dollara tələbi xeyli azaldıb. 


Dollara tələbin azalmasını Mərkəzi Bankda keçirilən valyuta hərraclarında da görmək mümkündür. 2022-ci ilin ikinci yarısına qədər valyuta hərraclarında hər ay orta hesabla 450-600 milyon dollar satıldığı halda bu ilin geridə qalan ayları ərzində 200-300 milyon dollar satılır. 


Vəziyyətin təhlili göstərir ki, Rusiya Ukrayna müharibəsi davam etdiyi müddətdə Azərbaycana xaricdən valyuta axını böyük olacaq və bu amil dollara tələbi zəiflədəcək.   


Vasif


OXŞAR XƏBƏRLƏR

Göydəniz Qəhrəmanov: “2024-cü ilin müsbət nəticələrinin təməlində İlham Əliyevin uğurlu siyasəti dayanır”

  “Artıq neçə müddətdir ki, məlum qlobal hadisələrin, o cümlədən iqlim dəyişikliyi, hərbi münaqişələr və digər reqressiv proseslərin məntiqi nətic...

“Copernicus” 2024-cü ili tarixdə ən isti il adlandırdı

2024-cü il 1850-ci ildən bəri müşahidə tarixində ən isti il olub.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Yerin Məsafədən Zondla...

Los-Ancelesdə mülkləri olan məşhurlar - SİYAHI

ABŞ-nin Kaliforniya ştatında son illərin ən böyük yanğın hadisəsi baş verir. Los-Ancelesdə güclü küləyin təsiri ilə yayılan meşə yanğını nəticəsində həyatını it...

Surqut aeroportunda 10-dan çox reys gecikdi

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi - Yuqranın ən böyük hava limanı olan Surqut aeroportunda güclü qar yağması səbəbindən gediş və gəliş reysləri gecikib. ...

Cinayətdə şübhəli bilinən 70 nəfər saxlanıldı

Yanvarın 9-da ölkə ərazisində qeydə alınan 62, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.    &n...

Ağstafada restoranın fəaliyyəti dayandırıldı - VİDEO

Ağstafada restoranın fəaliyyətini dayandırılıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.   Bildirilib ki, Dö...