Türkiyə ordusu sərhədi pozan 9 terrorçunu saxladı

Siyasət
13:20 / 22.08.2023
6547
Türkiyə ordusu sərhədi pozan ümumilikdə 12 nəfəri saxlayıb.
Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Türkiyə ordusu Yunanıstan və Suriya sərhədini qanunsuz keçmək istəyən 12 nəfəri, o cümlədən 9 terrorçunu saxlayıb.
Saxlanılanlardan 7-nin PKK/KCK, 2-nin isə FETÖ terror təşkilatının üzvü olduğu müyyənləşib.