Zelenski Krımı ələ keçirmək üçün ABŞ-dən bunu istədi – “Forbes”dən İDDİA

Zelenski Krımı ələ keçirmək üçün ABŞ-dən bunu istədi – “Forbes”dən İDDİA

Ukrayna Krımı ələ keçirmək üçün yeni silah almaq niyyətindədir.

 

Sfera.az bildirir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Qeyd olunub ki, Ukrayna Vaşinqtondan “JASSM” qanadlı raketləri istəyib. Bildirilib ki, F-16 qırıcıları Britaniyanın “Storm Shadow” və ya “Scalp” raketləri ilə uyğun gəlməsə də, “JASSM” qanadlı raketləri ilə vəhdət təşkil edə bilir.

 

“Ukrayna ordusu F-16 və “JASSM”in imkanlarını birləşdirərək gücünü ikiqat artıra biləcək. Buna görə də qanadlı raket Kiyevin "istək siyahısı"ndadır”, deyə “Forbes” vurğulayıb.

 

Mövzu ilə bağlı amerikalı analitik BraynTannehill isə söyləyib ki, “JASSM” ilə təchiz edilmiş F-16-lar Ukraynanın Krımı “döyüşsüz” ələ keçirmək yolunda uzunmüddətli planı üçün kritik ola bilər:

 

“F-16-ların Ukraynada istifadə edilməsinə hələ çox var. Ona görə də bu silahların münaqişənin nəticələrinə nə dərəcədə təsir edəcəyi bəlli deyil”.

 

Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Niderland ilə Kiyevə 42 ədəd F-16 qırıcı təyyarəsinin tədarükü ilə bağlı saziş imzalayıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR