Süni intellektin inkişafı bu peşə sahiblərini İŞSİZ QOYACAQ

Süni intellektin inkişafı bu peşə sahiblərini İŞSİZ QOYACAQ

Süni intellektin populyarlıq qazanması gələcəkdə ofis əməkdaşlarının iş yerlərini itirmələrinə səbəb ola bilər.

 

Sfera.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Əmək Təşkilatının (BƏT) araşdırmasında deyilir .

 

Materialda bildirilir ki, vəzifələri avtomatlaşdırıla bilən peşələrin nümayəndələri, xüsusilə ofis işçiləri daha çox risk altındadır. Tədqiqat müəllifləri bildiriblər ki, süni intellektin inkişafı bu sektorda çalışan qadınların işsiz qalmasına səbəb ola bilər.

 

Eyni zamanda vurğulanır ki, əksər peşələr və fəaliyyət sahələri qismən avtomatlaşdırıla bilər.

 

Bundan əlavə, BƏT alimləri belə qənaətə gəliblər ki, süni intellektin inkişafı ilə əksər peşələr üzrə tapşırıqların həcmi artacaq.

 

İnci


OXŞAR XƏBƏRLƏR