BRİKS Birləşmiş Millətlər Təşkilatını əvəz edəcək? - Açıqlama

BRİKS Birləşmiş Millətlər Təşkilatını əvəz edəcək? - Açıqlama

BRİKS Birləşmiş Millətlər Təşkilatını (BMT) əvəz edə bilər.

 

Sfera.az "lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Svetlana Jurova bildirib.

 

“İndi bir-birinin suverenliyini tanıyan və hörmət edən ölkələr BRİKS bayrağı altında toplaşır, bir-birlərinə təzyiq etmirlər. BRİKS-ə nə qədər çox ölkə qoşulsa, bir o qədər yaxşıdır. Bəlkə çox böyük danışıram, gələcəyi belə böyük ştrixlərlə rəngləyirəm, amma niyə olmasın? Əgər BMT kiminsə xoşuna gəlmək üçün işləməyə davam edərsə, o zaman ölkələr öz sözünü deyə biləcəkləri, susmayacaqları alternativ platformalar axtarmalı olacaqlar. Bizə siyasətçilərin təzyiqə məruz qalmadığı və düşündüklərini deyə bildikləri beynəlxalq platformalar lazımdır",- deputat deyib.

 

Qeyd edək ki, BRİKS təşkilatının  dünya iqtisadiyyatını və beynəlxalq münasibətləri dəyişə biləcəyini Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa da vurğulayıb. O qeyd edib ki, BRİKS üzvləri birlikdə "daha ədalətli, balanslı və idarə olunan dünya" üçün çağırış edərək kollektiv səslərindən istifadə ediblər.

 

Məlumat üçün bildirək ki, BRİKS Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət olan bir qrupdur.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyekt...

İran BAEA ilə əməkdaşlıq etmək niyyətindədir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətində...

Süni intellektin köməyi ilə hamilə qaldı

ABŞ-nin Kolumbiya Universitetində sonsuzluq müalicəsi sahəsində inqilabi texnologiya hazırlanıb.   Sfera.az xəbər verir ki, süni intellekt əsasında ...

Ötən il Almatıya gedənlərin sayında artım olub

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ K...

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...