Tramp azadlığı üçün 200 min dollar ÖDƏYƏCƏK

Tramp azadlığı üçün 200 min dollar ÖDƏYƏCƏK

ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçkilərə müdaxilə ilə bağlı açılmış cinayət işinin istintaqından girov müqabilində azad edilməsinə razılaşıb.

 

Sfera.az bildirir ki, bununla bağlı məhkəmə sənədi yayımlanıb. Belə ki, Tramp üçün 200 min dollar girov haqqı təyin edilib.

 

“Yekun məbləğ 200 min dollar olacaq”, – deyə sənəddə vurğulanıb. Donaldla birlikdə mühakimə olunan keçmiş vəkili Con İstman üçün təyin olunan girov məbləğinin 100 min dollar olduğu açıqlanıb. İstman Gürcüstandakı seçkilərin nəticələrini Trampın xeyrinə manipulyasiya etməkdə əsas şübhəlilərdən biri kimi göstərilib.

 

Xatırladaq ki, Donald Tramp 2020-ci il seçkilərinin nəticələrinə təsir göstərmək cəhdlərinə görə Corciya ştatında 13 maddə ilə ittiham edilir. Müttəhimlər arasında Trampın müşavirləri və keçmiş vəkili Rudi Culiani də var.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR