“Bu, rəsmi Moskvanın məğlubiyyətidir” - Ukrayna savaşı sona çatır?

“Bu, rəsmi Moskvanın məğlubiyyətidir” - Ukrayna savaşı sona çatır?

Son günlər Ukrayna Rusiya ərazilərinə, o cümlədən paytaxt Moskvaya zərbələr endirməyə başlayıb. Amerikalı analitiklərin fikrincə, gələcəkdə Rusiya ordusunun döyüş qabiliyyətinin əhəmiyyətli dərəcədə azalması mümkündür.

 

Bununla bağlı Sfera.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, savaş əslində faktiki olaraq Rusiya ərazisinə keçib:

 

“Bu isə Rusiya hərbi-siyasi elitasında daxili kataklizmlərə səbəb olur. Daxildəki vəzifəli şəxslər artıq “günah keçisi” axtarışına başlayıblar. Müharibənin Rusiya ərazisinə keçməsi əslində artıq rəsmi Moskvanın məğlubiyyətidir. Çünki döyüşlər Ukrayna ərazisində başlamışdı və savaşın əvvəlində kimsə döyüşlərin Rusiya ərazisinə keçəcəyini təxmin etmirdi. Hazırda Rusiya daxilində vəziyyət getdikcə çətinləşir. Bunu həm siyasi elita, həm ordu, həm də xalq hiss edir”.

 

Müsahibimiz bildirib ki, Ukraynanın əks-hücumları, xüsusilə Rusiya ərazisinə zərbələr davam etdikcə ölkədə xaos daha da artacaq:

 

“Bu isə gələcəkdə rəsmi Moskvanın döyüş meydanında daha aqressiv addımlarına səbəb ola bilər. Proseslərin gələcək inkişafı daha çox Rusiyanın müqavimət imkanlarından asılıdır”.

 

Günay Rəsulqızı

 


OXŞAR XƏBƏRLƏR