Belçikanın XİN rəhbəri Azərbaycana gəlir

Siyasət
09:50 / 22.08.2023
4023
Belçikanın xarici işlər naziri Hadja Lahbib Cənubi Qafqaza səfərə gəlir.
Sfera.az xəbər verir ki, bu barədə məlumatı Lahbib öz “X” (tviter) hesabında paylaşıb.
Onun sözlərinə görə, regiona 4 günlük səfəri çərçivəsində İrəvan, Tbilisi və Bakıda görüşlər keçirəcək.
Lahbibin Bakıya avqustun 24-ü səfər edəcəyi gözlənilir.