Çörək kəskin bahalaşacaq - Rusiyanın taxıl sazişindən çıxmasına görə

Çörək kəskin bahalaşacaq - Rusiyanın taxıl sazişindən çıxmasına görə

Rusiyada payızda çörək 10 faiz bahalaşacaq. Bu, Rusiyanın taxıl sazişindən çıxması, rublun devalvasiyası və anti-Rusiya sanksiyaları ilə bağlıdır.

 

Sfera.az xəbər verir ki, belə məlumatı Rusiya KİV-ləri və Telegram kanalları yayıb.

 

“Payızda Rusiyada çörək 10 faiz bahalaşacaq. Bütün bunlar taxıl sövdələşməsindən çıxmaqla bağlıdır”, - deyən Baza Telegram kanalı əlavə edib ki, taxıl sövdələşməsindən çıxmaqla yanaşı, rublun devalvasiyası və sanksiyalar qiymətlərin artmasına səbəbdir.

 

Qeyd olunur ki, Rusiya müəssisələri müəyyən çətinliklərlə üzləşir, o cümlədən taxıl və unun maya dəyərinin 20% artması, idxal olunan avadanlıqların qiymətinin 50% artması, xarici komponentlərin qiymətinin 30% artması və s.

 

Bundan əlavə, Rusiya şirkətlərinin, əmək haqqının aşağı olması səbəbindən yeni işçilər cəlb etməsi çətindir.


OXŞAR XƏBƏRLƏR