Netanyahu: “Ölkədəki silsilə terror aktlarının arxasında İran dayanır”

Netanyahu: “Ölkədəki silsilə terror aktlarının arxasında İran dayanır”

İsrailin Baş naziri Benyamin Netanyahu son günlərdə israillilərə qarşı başlanan terror aktlarının yeni dalğasının təşkilinin arxasında İranın dayandığını bildirib.

 

Sfera.az xəbər verir ki, İsrailin hökumət başçısı İordan çayının qərb sahilindəki Hebron bölgəsində bir israilli qadının öldürüldüyü və bir nəfərin də ağır yaralandığı yeri ziyarət edib.

 

“Biz İran və onun marionetləri tərəfindən təşviq edilən, istiqamətləndirilən və maliyyələşdirilən terror aktının episentrindəyik”, - deyə B.Netanyahu vurğulayıb.

 

Netanyahu əlavə edib ki, günahkarların tapılıb cəzalandırılması üçün hər şey edilir:

 

“Biz qatilləri tutmaq üçün gecə-gündüz işləyirik”.

 

Xatırladaq ki, avqustun 21-də səhər saatlarında İordan çayının qərb sahilindəki Hebron bölgəsində israillilərin olduğu avtomobil atəşə tutulub, iki mülki şəxs yaralanıb, daha sonra isə yaralılardan biri ölüb. Ordunun mətbuat xidməti hərbçilərin şübhəli şəxsləri təqib etdiyini bildirib. Avqustun 19-da naməlum şəxs İordan çayının qərb sahilindəki Huvara kəndində silahlı hücum həyata keçirərək iki israillini öldürüb, şübhəli şəxs hadisə yerindən qaçıb.(oxu.az)


OXŞAR XƏBƏRLƏR

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Dünyada fəaliyyət göstərən bütün beynəlxalq təşkilatlara uzun illərdir bəllidir ki, Rusiyada jurnalistika demokratik cəmiyyətlərdəki kimi azad və obyekt...

İran BAEA ilə əməkdaşlıq etmək niyyətindədir

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə əlaqələrin dayandırılması haqqında qanunun qəbulundan sonra qurumla yeni formatda əməkdaşlıq etmək niyyətində...

Süni intellektin köməyi ilə hamilə qaldı

ABŞ-nin Kolumbiya Universitetində sonsuzluq müalicəsi sahəsində inqilabi texnologiya hazırlanıb.   Sfera.az xəbər verir ki, süni intellekt əsasında ...

Ötən il Almatıya gedənlərin sayında artım olub

Ötən il Azərbaycandan Almatıya gedən turistlərin sayında 24 %-lik artım olub.   Sfera.az xəbər verir ki, bunu Qazaxıstanın "Şimbulak" Dağ K...

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər

Üç milyona yaxın miqrant Əfqanıstana qayıda bilər.   Sfera.az xəbər verir ki, bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Kabildəki idarəsi...

Ərdoğan həyat yoldaşını ağlatdı - VİDEO

AK Partiyanın 32-ci Müşavirə və Qiymətləndirmə Düşərgəsinin açılışı zamanı Prezident Rəcəb Tayyib Ərdoğan tarixi çıxış edib.   Sfera.az Türkiyə KİV-ə...